Mən dəyərəm min cavana
6+
Yaş məhdudiyyəti
Tədbirin müddəti
19:00 - 20:30

Tədbir haqqında

COVİD-19 pasportu və immun sertifikatı olmayan tamaşaçılar tədbirə buraxılmır və əldə olunmuş biletlər geri qaytarılmır!

"Mən dəyərəm min cavana" tamaşası

Məşədi İbadın mövzusu əslində bütün zamanlar üçün müasirdir. Klassik əsərin mükəmməlliyi də bundadır. Cəmiyyətdə hökm sürən hərc-mərclik, ictimai bərabərsizlik, qadın hüquqsuzluğu, cəhalət, rüşvətxorluq və s. dahi Üzeyir bəyin yorumunda bir növ tarixin təkrarıdır. Cavan qızların varlı qocalara zorla və ya könüllü ərə verilməsi müsəlman aləmi üçün yeni informasiya deyil. Lakin qeyd edək ki, Tamara Vəliyevanın komediyasında baş verənlər müasir dövrdə cərəyan edir. Tamaşada hadisələr elmi-tədqiqat institutlarının birində baş verir.  

Nəzər saldıqca isə cəmiyyətin ayrı-ayrı təbəqələrinə xas mənfi və müsbət (daha çox ikrah doğuran) nüanslarla tanış olursan. İşə düzəlməyə gələn gündən Gülnaz adlı qızın gözləri qarşısında institutun iç həyatı açılır.

"Mən dəyərəm min cavana"

Yaş həddi: 6+

Müəllif: Faiq Sücəddinov, Tamara Vəliyeva

Janr: Musiqili komediya

Dil: Azərbaycan

Tamaşanın müddəti: I hissə - 80 dəqiqə

                                    II hissə - 80 dəqiqə

Quruluşçu rejissor: Yusif Əkbərov

Quruluşçu dirijor: Nazim Haciəlibəyov (əməkdar incəsənət xadimi)

Quruluşçu rəssam: İsmayıl Məmmədov (əməkdar rəssam)

Quruluşçu baletmeyster: Zakir Ağayev (əməkdar artist), Yelena Ağayeva

Dirijor: Fəxrəddin Atayev (əməkdar incəsənət xadimi)

Baş dirijor: Nazim Hacıəlibəyov (əməkdar incəsənət xadimi)

Mən dəyərəm min cavana Mən dəyərəm min cavana

Məkan yeri
Zərifə Əliyeva Küçəsi 8, Bakı, Azərbaycan