Vilyam Lyus. “İstədiyim kimi yaşamışam”
(Tək ifa üçün dram)
Yaş həddi: 16 +
Müəllif: Uilyam Lyus
Quruluşçu rejissor: Xalq Artisti Ağakişi Kazımov
Baş rolların ifaçısı: Mehriban Abdullayeva
Janr: mono tamaşa
Тамашанын мцддяти: 1 saat 15 dəqiqə
Vilyam Lyusun “İstədiyim kimi yaşamışam” dramı əslində bir qadının çox ağrılı həyat hekayəsidir. Psixoloji dispanserə düşənə qədər həyatını istədyi kimi yaşayıb səhvlər buraxan, gah məntiqlə, gah da havalı kimi keçmişini xatırlayıb öz-özünə gülən, arabir ciddi məntiqi nəticələrə gələn Zelda əslində çox bədbəxt və talesiz bir qadındır.
Həyatı “dəlixanada” faciə ilə bitən bu qadının yanaraq ölməsi tamaşaçıda dərin təəssüf hissi oyadır.
Maraqlı aktyor oyunu ilə müşayiət olunan tamaşa hər bir tamaşaçı üçün özünütəhlil obyektinə çevrilir. Bununla da tamaşanın ideyası bəşəri dəyərlərə köklənir.