Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Janr: Psixoloji Monodrama (köməkçi personajlı)
Üslub: Simvolik-Ekspressionizm
Dünya ədəbiyyatının incisi sayılan Stefan Sveyqin "Naməlum Qadının Məktubu" əsəri, insan psixologiyasının ən dərin qatlarını açan şah əsərlərdən biridir. Bu klassik hekayə, onilliklər boyu oxucuların qəlbində taxt quraraq, cavabsız qalmış bir eşqin ən sarsıdıcı manifestinə çevrilib.
Səhnə əsəri sizi bu böyük ədəbi irsin atmosferinə dəvət edərkən, tamaşaçı ilə aktyor arasındakı məsafəni tamamilə yox edir. Siz burada duyğuların ən xırda titrəyişlərini belə nəfəs məsafəsində hiss edəcək, bir qadının daxili dünyasındakı fırtınalara birbaşa şahidlik edəcəksiniz.
Məktubun mürəkkəbi illər əvvəl qurusa da, hər kəlməsi bu gün səhnədə yenidən canlanır. Çünki hər bir sətir əslində *gecikmiş bir etirafdır.*
Rollarda: Səbinə Asim • Tural Rza
Quruluşçu Rejissor: Azər Ayazoğlu
Plastik Həll: Əbdül Rza
Üçüncü zəngdən sonra tamaşaya giriş mümkün deyil.

50 ₼-dan
5 ₼-dan
5 ₼-dan
10 ₼-dan
10 ₼-dan
3 ₼-dan