"Siçanlar və adamlar"

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

"Siçanlar və adamlar"                                                                

Müəllif: John Steinbeck                                                                   

Dil: Azərbaycan                                                                                 

Yaş hədii: 16+                                                                          

Xronometraj: 1 saat 20 dəqiqə                                                      

Tamaşa dostluq, ümid və insanın taleyi mövzusuna həsr olunmuşdur. Hadisələr Böyük Depressiya dövründə baş verir və iki fəhlə – Corc və Lenni adlı dostların həyatı təsvir olunur. Onlar birlikdə işləyir və gələcəkdə öz torpaqlarına sahib olmaq arzusu ilə yaşayırlar. Lenni fiziki cəhətdən güclü, lakin zehni baxımdan sadəlövh bir insandır, Corc isə onu qoruyub saxlayan ağıllı dostudur. Lakin hadisələrin gedişində Lenni istəmədən problem yaradır və bu, faciəvi sonluğa gətirib çıxarır. Burada əsas mövzu insanın arzuları ilə reallıq arasındakı ziddiyyət və cəmiyyətin zəif insanlara qarşı münasibətidir. Müəllif göstərir ki, hər kəsin bir arzusu olsa da, həyat bəzən bu arzuların gerçəkləşməsinə imkan vermir. Bu baxımdan tamaşa həm dostluğun gücünü, həm də həyatın acı həqiqətlərini əks etdirir.

 

Yaş məhdudiyyəti / Dil

16+ / Azərbaycanca
"Siçanlar və adamlar" "Siçanlar və adamlar"

Məkan yeri