

Qız Qalası
Təsvir
BALETİN MƏZMUNU
Bakının mərkəzində möhtəşəm və qədim Qız qalası ucalır. Onun haqqında çoxlu romantik əfsanələr yaranmışdır. Onlardan biri belədir.
I PƏRDƏ
Xəzərin sahilində yerləşən bir qəsəbə. Gənc Gülyanaq rəfiqələri ilə birlikdə düzənliyə çıxır. Onlar toya hazırlaşırlar. Bu zaman onun nişanlısı Polad görünür.
Kəndlilər gənc nişanlıları təbrik etməyə gəlirlər. Gülyanağın anası Aypəri qonaqları sevinclə qarşılayır və onlara yer göstərir. Lakin şeypurların səsi toy mərasimini yarımçıq qoyur. Cahangir xan keşikçiləri ilə birlikdə meydana daxil olur və hərəmxanası üçün ən gözəl qızları seçməyə başlayır.
Xan Gülyanağın gözəlliyinə heyran qalır və onun saraya aparılmasını əmr edir. Polad sevgilisini xilas etmək üçün döyüşə atılmağa hazırlaşır, lakin kəndlilər onu saxlayırlar.
Cahangir xan Gülyanağın barmağına nişan üzüyü taxır və Poladın edam edilməsini əmr edir. Gülyanaq isə nişanlısının sağ qalması üçün xana yalvarır. O, bir şərtlə xanın arvadı olmağa razılaşır: xan onun üçün dəniz sahilində bir qala tikdirməlidir.
II PƏRDƏ
I ŞƏKİL
Xanın sarayı. Qızlar Gülyanağı əyləndirməyə çalışırlar. Onun gözləri önündə sehrli bir bağ canlanır. O, yenidən Poladla birlikdədir. Xan sevgililəri ayırmağa çalışır, lakin qızlar onun qarşısını kəsirlər.
II ŞƏKİL
Sehrli aləm yox olur. Yenə xanın sarayı görünür.
Cahangir xanın sarayındakı böyük zal. Qala artıq tikilmişdir. Bu gün toy günüdür. Qonaqlar rəqs edir, şənlənirlər. Gəlini gətirirlər. Adətə görə o, rəqs etməlidir. Lakin rəqs zamanı Gülyanaq huşunu itirir.
Aypəri qaçaraq zala daxil olur və bildirir ki, xan Gülyanaqla evlənə bilməz, çünki onun nişanlısı var və onları zorla ayrıblar. Cahangir xan qəzəblənərək Gülyanağın qalaya aparılmasını əmr edir.
Boşalmış zalda xan tək qalır. Bu zaman Polad görünür. O, xanı öldürərək sevgilisini azad etmək üçün qalaya tələsir.
EPİLOQ
Qalanın yuxarı meydançası. Gülyanağı bura gətirirlər. Ayaq səsləri eşidilir. Bu, sevgilisinin yanına tələsən Poladdır. Lakin Gülyanaq gələnin xan olduğunu düşünür və özünü dənizə atır.
O vaxtdan bu qala Qız qalası adlanır. Qala uğrunda qurban verilmiş məhəbbətin və sədaqətin əbədi rəmzi kimi ucalır.
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
