Nizami

Tədbir haqqında

COVİD-19 pasportu və imun sertifikatı olmayan tamaşaçılar  tədbirə buraxılmır və əldə olunmuş biletlər geri qaytarılmır!

2 pərdəli balet

Fikrət Əmirov

 

«NİZAMİ»

(baletə qısa annotasiya)

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2021-ci il "Nizami Gəncəvi ili" elan edilmişdir. Bu mühüm hadisə ilə əlaqədar  Azərbaycan Dövlət Akademik Opera və Balet  Teatrı "Nizami" baletinin quruluşunu həyata keçirib. Tamaşa dahi Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

SSRİ Xalq artisti, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı, görkəmli bəstəkar Fikrət Əmirovun musiqisi əsasında səhnəyə qoyulmuş tamaşa Teatrın dahi Nizaminin poetik sənətinin valehedici inciləri, onun çox şaxəli , mistik, cazibədar dünyası ilə əlaqə yaratmaq üçün bir təşəbbüsüdür.

Balet xoreoqrafik triptix kimi düşünülmüş və həyata keçirilmişdir. Tamaşada böyük şairin həyatının üç məqamı təsvir olunmuşdur.

Birinci məqam. Şair və hakimiyyət.

İkinci məqam. Şair və Məhəbbət.

Üçüncü məqam. Şair və ilham pərisi.

Nizami poeziyasının real və xəyali aləmi bu tamaşada vəhdət təşkil edir. "Zaman axını" böyük ustadın yaradıcılığının "Sirlər xəzinəsi"nin parlaq irsini açıb göstərir, sonradan "Əbədiyyət"ə (şairin ölümsüzlüyü) çevrilmək üçün "Tarixin səhifələri"nin (onun poemalarının canlanan qəhrəmanları) zamanı gəlir. Məşhur "Xəmsə"də vəsf etdiyi qəhrəmanlar onun gözləri qarşısından cərgə ilə ötüb keçir. Ölməz poemaların qəhrəmanları - Leyli və Məcnun, Xosrov və Şirin, Bəhram və Yeddi gözəl, İsgəndər... rəqslərdə canlanırlar.  Nə qədər ki, Yer üzərində məhəbbət, sədaqət, inam mövcuddur, nə qədər ki böyük Nizaminin poeziyası yaşayır, onun yaratdığı qəhrəmanlar da əbədi yaşayacaq və var olacaqlar!

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı üçün bu tamaşa həm də ona görə dəyərlidir ki, "Nizami" bəstəkar Fikrət Əmirovun qələmə aldığı son əsəridir (1984, yanvar).

Nizami Gəncəvinin dahiliyivə Fikrət Əmirovun əziz xatirəsi qarşısında baş əyərək Teatr böyük ehtiram və həyəcanla tamaşanı baletsevərlərin mühakiməsinə təqdim edir.

İştirak edirlər:

 

Nizami

 

Gülağası MİRZƏYEV

    Xalq artisti

 

Gənc Nizami

 

Anar  MİKAYILOV

 

Afaq

 

Nigar İBRAHİMOVA

Əməkdar artist

 

Şah

 

Faiq QUBATOV

 

Hərəmxanada rəqs

 

Nigar ƏLİYEVA

Dilarə MEHDİYEVA

 

Tovuz quşu

 

Elmira  SÜLEYMANOVA

Əməkdar artist

 

Şahin quşu

 

Ayan EYVAZOVA                

Balet artistlərinin beynəlxalq müsabiqəsinin bürünc 

mükafatının qalibi (Almaniya)

 

Xosrov

 

Edvard ARAZOV

 

Şirin

 

Fatimə XƏLƏFOVA

Fərhad

 

 

Timur ODUŞEV

Balet artistlərinin Q.Almaszadə adına I beynəlxalq müsabiqəsinin I mükafatının sahibi

 

Leyli

 

Dinara ŞİRİNOVA

 

Məcnun

 

İntiqam MƏMMƏDOV

 

Bəhram

 

Seymur QƏDİYEV

 

 

Əjdaha

 

 Samir SƏMƏDOV

 Əməkdar artist

 

Vəzir

 

Mehman MƏRDANOV

Gözəllər

 

Dilarə MEHDİYEVA

Əsmər MƏNSİMOVA

Nigar ƏLİYEVA

Səbinə HACIDADAŞ

Liana MİRABDULLAYEVA

Liana PRAQA

Samirə MƏMMƏDOVA

 

 

 

İsgəndər

 

Makar FERŞTANDT                                                                               Əməkdar artist

 

Nüşabə

 

Cəmilə KƏRİMOVA

Əməkdar artist, Balet artistlərinin Q.Almaszadə adına I beynəlxalq müsabiqəsinin Qran-Pri mükafatı və "Humay" milli mükafatının laureatı

 
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     

 

Yaş məhdudiyyəti / Dil

6+
Nizami Nizami