Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Hadisələr 20-ci əsrin əvvəllərində Qafqaz vilayətinin birində,
Beçir adlı varlı bir bəyin evində cərəyan edir. Bu evdə milli adət ənənələrə söykənə çox sərt qanunlar hökm sürür.Əsərdəki hadisələr dinamik şəkildə biri- birini əvəz edir.Ailənin hər bir üzvünün nə qədər bədbəxt, aciz, çarəsiz olduğu sujet boyu əks etdirilir.Hər iki oğulun da, İrmanın da, gəlinin də, hətta mamaçanın da Beçirin amansız, qəddar, zalım qanunlarının əsiri olduqlarının şahidi oluruq.
Var-dövlətə hərislik, hakimiyyət eşqi, eqoizm, parçalanmış talelər tamaşanın əsas ana xəttini təşkil edir.
Tamaşada saf məhəbbət, vəfa, sədaqət, kimi ülvi hisslərin tar-mar olması tamaşaçıya sanki bir mesajdır-İnsanoğlu, var-dövlət heç bir xoşbəxtliyi əvəz etmir. Çalışın xoşbəxt olmağı bacarın!