Sərgüzəşti - Vəziri Xani - Lənkəran

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet


“Sərgüzəşti-vəziri-xani-Lənkəran”

Yaş həddi: 16+
Müəllif: Mirzə Fətəli Axundzadə
Quruluşçu rejissor: Cənnət Səlimova
Əsas rolların ifaçıları: Şövqi Hüseynov (Əməkdar artist), Leyli Vəliyeva (Əməkdar artist), Nofəl Vəliyev
(Əməkdar artist), Gülər Nəbiyeva (Əməkdar artist), Güşvər Şərifova (Əməkdar artist), Zülfiyyə Alhüseynova,
İradə Rəşidova, Şəbnəm Hüseynova, Simuzər Ağakişiyeva, Kərəm Hadızadə, Ramil Şamiloğlu
Janr: komediya
Tamaşanın müddəti: Birhissəli – 1 saat 20 dəqiqə

İlk baxışda məişət dramı təsiri bağışlayan bu tamaşanın çox maraqlı süjet xətti və dramaturq məqsədlərini aşkarlayan ideyası vardır. Əyaləti idarə edə bilməyən xan və onun vəziri mənasız məişət problemləri ilə məşğuldurlar. Xanın qardaşı oğlu Teymurağa vəzirin ikinci arvadı Şölə xanımın bacısı Nisə xanımı sevir. Lakin vəzirin birinci arvadı Ziba xanım Teymur ağanı onun evində görüb günübacısını əxlaqsızlıqda günahlandırır. Bununla da ailədə münaqişə yaranır. Xan dəryada suya qərq olandan sonra sevənlər qovuşur və əyalət Teymur ağanın simasında əmin-amanlıq tapır.

Yaş məhdudiyyəti / Dil

16+ / Azərbaycanca
Sərgüzəşti - Vəziri Xani - Lənkəran Sərgüzəşti - Vəziri Xani - Lənkəran

Məkan yeri