Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
“Neft bumu hamıya gülümsəyir”
Yaş həddi: 18 +
Müəllif: Maqsud İbrahimbəyov (Xalq yazıçısı)
Quruluşçu rejissor və sound dizayner: Konstantin Soldatov (“Qızıl maska” mükafatı laureatı)
Sound dizayner: Platon Soldatov
Quruluşçu rəssam: Çingiz Babayev
Xoreoqraf: Nigar İbrahimbəyli
Əsas rolların ifaçıları: Əməkdar artistlər Şövqi Hüseynov, Elnur Bəhramxan, Rasim Cəfər, artistlər Bəhram Əliheydər, Asya Atakişiyeva, Kərəm Hadızadə, Səbinə Məmmədzadə, Nurlan Süleymanlı, Manaf Dadaşov, Şəbnəm Hüseynova, Rəşad Səfərov, Ümman Budaqov, Mirzə Ağa Mirzəyev, Ramiq Nəsirov, Ədalət Əbdülsəməd, Hüseyn Bayramov, Mehriban Hüseynova, Ceyhun Məmmədov, Natiq Fərzəliyev
Janr: komiks
Tamaşanın müddəti: birhissəli – 1 saat 20 dəqiqə
Xalq yazıçısı Maqsud İbrahimbəyovun “Neft bumu hamıya gülümsəyir” tamaşası Bakıda neft emalının ilkin mərhələsində milyonçuların ictimai-sosial hadisələrin fövqündə fəaliyyətindən bəhs edir, eyni zamanda, aparıcı qüvvələrin şəxsi və siyasi baxışları təcəssüm olunur. Əslində baş obraz İNSAN və onun həyatdakı mövqeyi, daxili istəkləridir.
Təcəssümün baş qəhrəmanı Seymurun təbirincə, azadlıq, qardaşlıq, bərabərlik Bakıya yol tapa bilmir. Bakıda nüfuz və əlaqələri olanlar həyatın əsas sahibi hesab edilirlər.
Seymurda azadlıq fikirləri hələ Peterburqda ikən yaranıb, inqilabçılarla sıx əlaqədə olub. Bakıda da azadlıq hərəkatına kömək edir, lakin maliyyə vəsaitinin nəyə sərf olunduğunu bilmir. Buna görə də jandarma-rotmister Qasımbəyov ona bəzi xəbərdarlıqlar edir. Əslində Qasımbəyovun məqsədi Seymuru məhv etmək, böyük sərvət sahibi olan xanımını ələ keçirmək, eyni zamanda, onun azadlıq hərəkatını boğmaqdır. Bu məqsədlə Qasımbəyov Seymurun həyat yoldaşı Aişə ilə görüşür və onu hiylə toruna salır. Onların xəyanətini görən Seymur Qasımbəyovu güllə ilə vurur, günahını etiraf edib həbs olunur...
Bəs, bu hadisələrin fonunda Neft bumu niyə gülümsəyir?
Qasımbəyov kimi nadanların hesabına Neft bumunun vətənə səpəcəyi nurun qarşısı alınır. O nurun ki, Avropada evlər, küçələr onun hesabına işıqlandırılır. Seymur, Peter kimi vətənpərvərlərin hesabına sabaha ümidlə baxanlar isə başıuca, üzüağ, gələcəyə nikbin baxışlı bir ömür yaşayırlar. Geoloq Peterin təbirincə desək, xoşbəxtlik inamdadır. O inamın hesabına bu gün Neft bumu hamıya gülümsəyir!
Komiks janrında hazırlanan tamaşanı həyat hekayəsini anladan illüstrasiyalar, personaj həqiqətindən doğan lövhələr müşayiət edir.

5 ₼-dan
7 ₼-dan
10 ₼-dan
10 ₼-dan
10 ₼-dan
5 ₼-dan