Hekayəti-Xırs quldurbasan

Tədbir haqqında

 Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

“Hekayəti-xırsi-quldurbasan”

Yaş həddi: 16 +

Müəllif: Mirzə Fətəli Axundzadə

Quruluşçu rejissor: Xalq Artisti Cənnət Səlimova

Əsas rolların ifaçıları: Xalq artistləri Qurban İsmayılov, Nübar Novruzova, Əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Leyli Vəliyeva, Elnur Kərimov, artistlərdən Asya Atakişiyeva, Mehriban Hüseynova, Şəbnəm Hüseynova, Anar Seyfullayev, Elşən Hacıbabayev, Ceyhun Məmmədov, Müşfiq Elmanoğlu və başqaları.

Janr:
Komediya

Таmaşanın müddəti: birhissəli, 1saat 30 dəqiqə

    Azərbaycan teatrının yaradıcılarından biri olan Mirzə Fətəlinin “Hekayəti- xırsi-quldurbasan” ekssentrik komediyadır. Qəhrəmanların düşdüyü komik vəziyyətlər tamaşaçıya xoş ovqat aşılayır. İmkanlı ailədən olan qorxaq Tarverdi, evlənmək istədiyi gözəl Pərzad, bu qızı dərin məhəbbətlə sevən, yolunda ölümə hazır olan Bayram, qazanc əldə etmək üçün min cür oyun quran Zalxa və onun əri Namaz, səyahət edən Franz Fox, onun rəfiqəsi Mariya Adamovna və başqaları müxtəlif səhnə oyuununda çox gülməli vəziyyətə düşürlər.
Tamaşaya rəng qatan iki obraz da var: Ayı və Meymun. İnsanların bir-birinin başına açdıqları oyunlarda bu iki heyvanın da öz rolu, öz oyunu var. Gözəl musiqisi, geyimləri olan bu tamaşada tamaşaçı həm dincəlir, həm ürəkdolusu gülür, həm də müəllifin ağıllı ideyası ətrafında düşünür.

 

Yaş məhdudiyyəti / Dil

16+
Hekayəti-Xırs quldurbasan Hekayəti-Xırs quldurbasan