
Düyməcik

Düyməcik
Təsvir
Hans Xristian Andersen. “Düyməcik”
Yaş həddi: 5 +
Müəllif: Hans Xristian Andersen
Səhnələşdirmə müəllifi və quruluşçu rejissor: Ayla Osmanova
Dekor üzrə rəssam: Şahin Hüseynli
Geyim üzrə rəssam: Yekaterina Xaritonova
Rəqslərin quruluşu: Ceyhun Dadaşov
Əsas rolların ifaçıları: Aydan Həsənzadə, Fəridə Qurbanova, Ramil Şamiloğlu,
Xəyalə Qasımova, Anar Seyfullayev, İradə Rəşidova, Könül Əbil, Elgün Yəhyayev,
Mətləb Abuşov, İlhan Sadıqov
Janr: nağıl-tamaşa
Tamaşanın müddəti: birhissəli, 50 dəqiqə
Səhnədə yazıçının masası var. Üstündə şam yanır, onun qələmi – Qələm
(Qız), yazdığı vərəq –Vərəq (Oğlan) də masanın üstündədir. Qaranquş isə pyesin
müəllifi, möhtərəm yazıçı Andersonu axtarır. Tapa bilmədiyi üçün uşaqlara deyir
ki, bu nağılı özüm sizə danışacağam.
Qaranquşun danışdığı sehrli nağılda mərhəmətli Qadın ana olmaq
arzusu ilə Sehrbazın yanına gedir. Sehrbaz Qadına buğda dənəsi verir.
Buğda dibçəyə basdırılır. Lakin bizim nağılımızın qəhrəmanı gəlmir.
Bax, bu zaman səhnədə sehrli uşaq nağılı canlanmağa başlayır, Düyməcik
uşaqların görüşünə gəlir.
Maraqlı hadisələrlə zəngin bu tamaşada Düyməcik çox sınaqlardan keçir.
Hər dəfə də xeyirxah dostların köməyi ilə xilas olur.
“Düyməcik” nağılı uşaqlara belə bir mesaj ötürür ki, həyatda öz yerini
tapmaq üçün səmimi qəlbin, xeyirxah əməllərin olmalıdır. O zaman mütləq
xoşbəxtliyə çatarsan.
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
