Şamanizm Gecəsi

Tədbir haqqında

Azərbaycanda ilk dəfə keçiriləcək olan Şamanizm Gecəsinə hazırsınızmı? Keçmişimizə yolculuq edəcəyimiz, ruhumuzu zərərli düşüncələrdən arındıraraq azad buraxacağımız, həyatımızı asanlaşdırmaq və xoşbəxt olmaq üçün taktikalar öyrənəcəyimiz bol meditasiyalı Şamanizm Gecesi həyatınızda yaşayacağınız ən gözəl təcrübələrdən biri olacağına əmin ola bilərsiniz.

 ”Şaman Gözü” və “Şaman Aynası” kitablarının müəllifi Asu Mansur və Akagu Cenk Sertdemirlə Şamanizm Gecəsi 21 May tarixində Qobustan Qoruğunda keçiriləcək.

 Dünyamızı və təbiəti gərçək şamanların gözündən görəcəyimiz Şamanizim gecəsi bizlərə; necə dilək diləyəcəyimiz, hansı mövsümlərdə hansı rituallar edəcəyimiz, içsəl qüvvətə necə sahib olacağımızı, doğulduğumuz tarixin və erk heyvanlarımızın bizə təsirini və bir çox mistik bilgilər öyrədəcəkdir. Ən əsası bu ritualları şamanların başçılığı ilə həyata keçirəcəyimiz unudulmaz bir gün olacaq.

 Diləklərimizin həyata keçməsi də, mistik güclərin çoxalması da mümkündür; yetər ki doğru zamanda, doğru şəkildə, doğru rituallar edilmiş olsun...  

Yaş məhdudiyyəti / Dil

16+
Şamanizm Gecəsi Şamanizm Gecəsi