Abşeron Milli Parkı

Abşeron Milli Parkı

Abşeron Milli Parkı — 2005-ci ildə Bakı şəhərinin Xəzər rayonu ərazisində yaradılmışdır. Parkın ümumi sahəsi 783 hektar (7.83 km²) təşkil edir.

Quru ərazidə ceyranlar, çaqqallar, tülkülər, porsuq, dovşanlar, Xəzər dənizinin sularında isə suitilər və müxtəlif balıq növləri yaşayır. Parkda həmçinin gümüşü qağayı, lalə quşu (qu quşu), qaşqaldaq, sivriquyruq ördək, yaşılbaş ördək, böyük ağ vağ, bataqlıq qartalı və digər köçəri quşlara rast gəlinir. Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş və Şirvan Milli Parkında yaşayan bəzi heyvan və quş növləri Abşeron Milli Parkının ərazisində də müşahidə olunur.