Milli Azərbaycan Tarixi Muzeyi

Milli Azərbaycan Tarixi Muzeyi

Fəaliyyətinin ilk dövründə Azərbaycan Dövlət Muzeyi adını daşıyan muzeyimiz 1936-cı ildən tarix profilinin gücləndirilməsi ilə əlaqədar bu günkü adı ilə işini davam etdirmiş, uzun illər ərzində vətən tarixinin bütün dövrlərini əks etdirən ekspozisiyası və sərgiləri ilə tamaşaçıların diqqətini cəlb etmiş, rəğbətini qazanmışdır.

Bu gün muzeyin müxtəlif fondlarında vətən tariximizi yaşadan 300 minədək maddi mədəniyyət nümunəsi qorunur. Muzeyin kitabxanasında 80 mindən artıq əsasən, XIX-XX əsrin əvvəllərində çap olunmuş nadir jurnal, kitab, və qəzetlər toplanmışdır.

Muzeyin Bakının ən gözəl memarlıq abidələrindən olan binası 1895-1896-cı illərdə, o vaxtlar şəhərin baş memarı vəzifəsini daşıyan polşalı İosif Qoslavskinin layihəsinə əsasən tikilmişdi. Məşhur sahibkar və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaşayış mülkü olan bu sarayda 1920-ci ildən bəri fasilələrlə muzey fəaliyyət göstərir.

Bakı ş., Hacı Zeynalabdin Tağıyev küç., 4