“Çəkməli pişik”
Yaş reytinqi: 4+
Müəllif: Şarl Perro
Quruluşçu rejissor: Elşad Əhmədov
Rollarda: Ümid Orucov, Zeynəb Hüseynova, Ruslan Hüseynov, Fərid Vəliyev, Elmir Məmmədov, Murad Meyfəliyev, Mayan Hüseynova, Aysu Kəngərli, Samir Abbasov, Zaur Əhmədov, Seymur Məmmədov.
Janr: nağıl tamaşa
Tamaşanın müddəti: 1 saat
Şarl Perronun məşhur “Çəkməli pişik” nağılı ağıllı və hiyləgər bir pişiyin macəralarından bəhs edir. Sahibinə sədaqətlə kömək edən Çəkməli pişik öz cəsarəti, çevikliyi və zəkası sayəsində kasıb bir gəncin taleyini dəyişir. Maraqlı hadisələr, yumor və gözlənilməz dönüşlərlə zəngin olan bu tamaşa dostluq, inam və ağlın gücü kimi dəyərləri tamaşaçılara aşılayır.