
Hans Zimmer • Ludovico Einaudi • Ennio Morricone - Musiqili Ithaf

Hans Zimmer • Ludovico Einaudi • Ennio Morricone - Musiqili Ithaf
Təsvir
Hans Zimmer • Ludovico Einaudi • Ennio Morricone - Musiqili Ithaf
Üç böyük bəstəkar, bir gecə — orkestr və şamların sehrli işığında.
4 dekabrda Beynəlxalq Muğam Mərkəzində müasir kino və neoklassik musiqinin üç görkəmli bəstəkarı Hans Zimmer, Ludovico Einaudi və Ennio Morricone-nin musiqisinə həsr olunmuş xüsusi gecə keçiriləcək. Epik kino melodiyaları, zərif fortepiano ruhlu əsərlər və yaddaşlara həkk olunmuş film musiqiləri Virtuosos of Baku orkestrinin ifasında canlı səslənəcək.
Proqramda "Inception", "Interstellar", "Gladiator", Einaudi-nin "Nuvole Bianche", "Experience" kimi sevilən əsərləri, eləcə də Morricone-nin "Cinema Paradiso", "The Mission", "Once Upon a Time in the West" filmlərindən musiqilər orkestr aranjemanında təqdim olunacaq. Simli alətlərin dramatik gücü və incəliyi hər melodiyaya yeni nəfəs verəcək.
Yüzlərlə şamın yaratdığı isti işıq isə axşama həm kinematoqrafik, həm də sehrli bir hava qatacaq.
Sevdiklərinizlə birlikdə müasir musiqinin üç ustasının ən unudulmaz əsərlərini şamların sehrli işığında dinləməyə dəvət edirik.
Tədbir haqqında:
🎶 Proqram: Hans Zimmer, Ludovico Einaudi və Ennio Morricone musiqiləri orkestr ifasında
🎻 İfaçılar: Virtuosos of Baku orkestri
🕯️ Atmosfer: Kino və neoklassik musiqinin ruhu
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
