
Vivaldi • Mozart • Bethoven - Musiqili ithaf

Vivaldi • Mozart • Bethoven - Musiqili ithaf
Təsvir
Vivaldi • Mozart • Bethoven - Musiqili ithaf
Klassik musiqinin üç dahisi - orkestr və şamların sehrli işığında.
4 dekabrda Beynəlxalq Muğam Mərkəzində klassik musiqinin üç dahi bəstəkarı Antonio Vivaldi, Volfqanq Amadey Mocart və Lüdviq van Bethovenin əsərlərinə həsr olunmuş xüsusi gecə keçiriləcək. Əsrlərdir qulaqlardan getməyən melodiyalar Virtuosos of Baku orkestrinin zəngin səslənməsi ilə yenidən canlanacaq.
Proqramda Vivaldinin "Dörd fəsil", Mocartın "Eine kleine Nachtmusik", Bethovenin "Für Elise" və "Ode to Joy" kimi dünyaca məşhur əsərləri orkestr aranjemanında təqdim olunacaq. Simli alətlərin zərifliyi klassik musiqinin əbədi gözəlliyini bir daha hiss etdirəcək.
Yüzlərlə şamın yaratdığı isti işıq isə axşama həm intim, həm də zərif bir hava qatacaq.
Sevdiklərinizlə birlikdə klassik musiqinin ən böyük adlarını şamların sehrli işığında yenidən dinləməyə dəvət edirik.
Tədbir haqqında:
🎶 Proqram: Vivaldi, Mozart və Beethoven əsərləri orkestr ifasında
🎻 İfaçılar: Virtuosos of Baku orkestri
🕯️ Atmosfer: Klassik musiqinin əbədi ruhu
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
