Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Kuklaçıların məktəblilərin qış tətili və Yeni il bayramı günlərinə növbəti tamaşa hədiyyəsi “Qış nağılı” adlı əyləncəli səhnə işidir.
Tamaşa ibrətamiz hekayəti bu dəfə komik, əyləncəli hadisələr fonunda təqdim edir.
Belə ki, nağıllar aləminə səyahət edən uşaqlar bu dəfə ənənəni pozaraq özləri Şaxta babaya hədiyyə vermək qərarına gəlirlər. Amma nə qədər çalışsalar da Babanı şad edəcək hədiyyəni axtarıb tapa bilmirlər. Bu işdə məsləhətçiləri Nənə olur və o, uşaqları Şaxta babanı hazırlayacaqları “Nağıllar kitabı” ilə sevindirə bikləcəklərinə inandırır.
Uşaqlar sevdikləri bütün nağılları qısa zamanda bir kitabda toplayıb Şaxta babanın yolunu gözləyirlər.
Bu xəbəri eşidən Cadugər balacaların planını pozmaq üçün həmin kitabı oğurlayır və bütün sehrini işə salaraq nağıllardakı əhvalatları dəyişir. Beləcə hamımızın sevərək oxuyub bildiyi nağıllar bir-birinə qarışır.
Şaxta Baba ilə cəsur köməkçiləri nağılları qısa zamanda sahmana salırlar. Xeyirxahlıq edərək Cadugəri də bağışlayırlar.
Tənhalıqdan bu əmələ əl atdığını etiraf edən Cadugər də bayrama qoşulur və onlar birlikdə xoş bayram keçirirlər.
Musiqi tərtibatlı əyləncəli tamaşanın səhnələşdirmə və quruluş müəllifi teatrın baş rejissoru Anar Məmmədov, səhnə tərtibatçısı teatrın baş rəssamı İqbal Əliyevdir.

25 ₼-dan
10 ₼-dan
7 ₼-dan
8 ₼-dan
8 ₼-dan
5 ₼-dan