"Lara Martin’s Jazz Club"

Tədbir haqqında

"Lara Martin's Jazz Club" Azərbaycan Dövlət Akademik Musiqili Teatrının ecazkar caz-tamaşasıdır. 

Bu caz-tamaşa dünya ədəbiyyatının görkəmli nümayəndəsi Aleksandr Ostrovskinin “Cehizsiz qız” pyesi əsasında hazırlanıb. 
 
Fərqli üslubu və maraqlı səhnə tərtibatı ilə seçilən səhnə əsəri Azərbaycan teatr məkanında bir ilkdir.
Teatrın rus bölməsində ərsəyə gələn əsərin quruluşçu rejissoru İradə Gözəlova, layihənin bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir. 
Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, musiqi tərtibatçıları Əməkdar artist, Prezident mükafatçısı Nərgiz Kərimova və adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılan Nərminə İsmayılova, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Tamilla Aslanovadır.
"Lara Martin's Jazz Club"da baş rolun ifaçısı Əməkdar artist Nərgiz Kərimovadır.  Səhnə əsərinin digər iştirakçıları Əməkdar artistlər Fərid Əliyev, Nahidə Orucova, aktyorlar Əliməmməd Novruzov, Rauf Babayev, Emil Heydərov, piano ifaçısı Nərminə İsmayılova və "DJ Maqa" – Məhəmməd Məmmədovdur.  
Tamaşada aktyorların canlı ifalarında məşhur caz kompozisiyalarından nümunələr, eyni zamanda teatrın balet artistlərinin iştirakı ilə müxtəlif və rəngarəng müasir rəqslər təqdim olunur.
Bu tamaşanın bir özəlliyi də ondan ibarətdir ki, tamaşaçılar səhnəni daha yaxın məsafədən izləyərək özlərini "Lara Martin's Jazz Club"da  hiss edirlər.

Yaş məhdudiyyəti / Dil

18+
"Lara Martin’s Jazz Club" "Lara Martin’s Jazz Club"