Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Orta əsr Ağsu şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğu
Orta əsrlərin canlı tarixini yerində hiss etmək istəyirsiniz? O zaman Orta əsr Ağsu şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğu sizi keçmişə səyahətə dəvət edir!
Ağsu rayonu, Ülgüc kəndi ərazisində yerləşən bu qədim şəhər 1735-ci ildə Nadir şahın əmri ilə Cəlalabad adı altında salınmışdır. XVIII əsrdə həm əhalisinin sayına, həm də ərazisinə görə Azərbaycanın ən böyük şəhəri olmuş və bir müddət ölkənin paytaxtı kimi tarixə düşmüşdür.
2010–2015-ci illərdə aparılmış arxeoloji qazıntılar nəticəsində daş döşənmiş küçələr, su və kanalizasiya xətləri, tullantı quyuları, sənətkarlıq emalatxanaları və digər şəhər infrastrukturu qalıqları aşkar edilmişdir. Bu tapıntılar Ağsunun öz dövrü üçün yüksək şəhərsalma mədəniyyətinə malik olduğunu göstərir.
Hazırda qoruq ərazisində ziyarətçilər üçün:
Buzxana
Cümə məscidi
Sənətkarlıq məhəlləsi
Hamam kompleksi fəaliyyət göstərir.
Qonaqlar burada orta əsrlər həyat tərzini əks etdirən metal, keramika, sümük və dəri materiallarından hazırlanmış eksponatlarla tanış ola, qədim şəhər mühitini yaxından hiss edə bilərlər.
Tarixin izləri ilə addımlamaq, arxeoloji irsimizi canlı şəkildə kəşf etmək üçün Orta əsr Ağsu şəhərinə səfər edin!
Giriş biletləri
Yerli vətəndaşlar üçün - 2 AZN
Xarici vətəndaşlar üçün- 4 AZN
Tələbələr üçün - 1 AZN
Ekskursiya xidməti
Azərbaycan dilində -3 AZN
Əcnəbi dilində -6 AZN
Avtonəqliyyat vasitələri üçün
qoruq ərazisində dayanacaq - 1 AZN (ziyarət müddətində)
“Orta əsr Ağsu şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğunda kino-film, klip və foto çəkilişləri zamanı istifadəyə görə”
Sənədli, elmi-populyar filmlərin çəkilişi - 200 manat
Bədii filmlərin çəkilişi -500 AZN
Televerilişlərin çəkilişi - 200 AZN
Kliplərin çəkilişi - 1000 AZN
Vertolyotdan çəkiliş - 250 AZN
Tədbirlərin keçirilməsi - 500 AZN
Abidələrin reklam məqsədli çəkilişi - 500 AZN
Fotoreklam üçün çəkilişlər - 500 AZN
Ödəniş haqqı bir iş günü üçün nəzərdə tutulmuşdur (saat 09:00-dan 18:00-dək).

2 ₼-dan
1 ₼-dan
1 ₼-dan
1 ₼-dan
1 ₼-dan
1 ₼-dan