Ramana Qəsri Muzeyi Bakı şəhərinin Ramana qəsəbəsində yerləşən orta əsr müdafiə memarlığı abidəsidir. Qala Şirvanşahların əmri ilə XIV əsrdə inşa edilmişdir. Bəzi tədqiqatçılar isə onun tikilməsini XII əsrə aid edirlər.
Qəsrin daxili həyəti 28 × 10 metr ölçülərindədir. Xarici divarlar künclərdə və divar boyunca yerləşən yarımdairəvi müdafiə bürcləri ilə möhkəmləndirilmişdir. Giriş hissəsinin üzərində müdafiə məqsədli kvadrat qüllə yerləşir. Dairəvi donjonlardan fərqli olaraq, Ramana qalasının kvadrat formalı baş qülləsi dörd mərtəbədən ibarətdir və bu xüsusiyyət onu Azərbaycanın orta əsr qalaları arasında fərqləndirir.
Ramana qəsrində kino, klip və foto çəkilişləri üçün istifadə haqqı
- Sənədli və elmi-populyar filmlərin çəkilişi — 300 AZN
- Bədii filmlərin çəkilişi — 2500 AZN
- Televerilişlərin çəkilişi — 500 AZN
- Kliplərin çəkilişi — 2000 AZN
- Vertolyotdan çəkiliş — 300 AZN
- Tədbirlərin keçirilməsi — 1500 AZN
- Abidələrin reklam məqsədilə çəkilişi — 800 AZN
- Fotoreklam çəkilişləri — 500 AZN
Ödəniş haqqı bir iş günü üçün nəzərdə tutulmuşdur — saat 09:00-dan 18:00-dək.
BU TƏDBİR ÜÇÜN ƏLDƏ EDİLƏN BİLETLƏR DƏYİŞDİRİLMİR VƏ GERİ QAYTARILMIR.