Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
“Qoğalın sərgüzəştləri”
Yaş həddi: 5+
Müəllif: Xalq nağılının motivləri əsasında səhnələşdirən Pərvin Nurəliyeva
Quruluşçu rejissor: Əməkdar artist Nicat Mir Kazımov
Əsas rolların ifaçıları: Anar Seyfullayev, Araz Pirimov, Ramil Şamiloğlu, Zülfiyyə Alhüseynova, Günel Məmmədova, Müşfiq Elmanoğlu, Elşən Şıxəliyev, Asya Atakişiyeva, Aybəniz Heydərova, Tahir İsmayılov
Janr: Nağıl-tamaşa
Tamaşanın müddəti: 1 saat 10 dəqiqə
Meşədə tənha qocalar qoğal bişirirlər. Qoğal onların arzuladıqları uşağa çevrilir. Bu dəcəl uşaq sözə qulaq asmır, evdən qaçır ki, ağıl tapsın. Qaçış onu Ayı, Canavar, Tülkü kimi hiyləgər vəhşilərlə üz-üzə gəlməyə məcbur edir. Onun xilaskarı balaca Dovşan olur.
Deməli, ağıl yaşda deyil, başdadır, bir də böyüyün sözünə baxmayan çox çətin sınaqlarla üz-üzə qalar.
Balaca tamaşaçılar üçün hazırlanmış bu gözəl ideyalı tamaşa həm də rəngarəng geyimləri, gözəl rəqsləri və şirin mahnıları ilə diqqəti cəlb edir.

15 ₼-dan
8 ₼-dan
8 ₼-dan
7 ₼-dan
5 ₼-dan
10 ₼-dan