

Film musiqileri
Tədbir haqqında
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
“Film musiqiləri”
Köhnə küçələr, unudulmaz filmlər və tək bir piano... 🎹✨
Bəzi melodiyalar var ki, sadəcə qulağımıza deyil, birbaşa ruhumuza toxunur. Bizi uşaqlığımıza, ilk sevgimizə, ağlayıb-güldüyümüz o unudulmaz kino səhnələrinə aparır.
29 iyun axşamı, İçərişəhərin qədim daş divarları arasında zaman bir neçə saatlıq dayanacaq. Sizi ağ-qara lentlərin nostaljisindən müasir dünya kinosunun şedevrlərinə uzanan, yalnız solo pianonun həzin sədaları ilə canlanacaq nağılvari bir gecəyə dəvət edirik.
🎼 Gecənin repertuarı:
🇦🇿 Bizim filmlər: Doğma Bakı küçələrinin ab-havası, milli kinomuzun ən kövrək notları...
🇹🇷 Türk kinosu: Qəlbimizi isidən o səmimi, sevgi dolu melodiyalar...
🌍 Dünya kinosu: Hollivuddan Avropaya qədər hər kəsin sevdiyi, Oskar qazanmış əfsanəvi saundtreklər...
📍 Məkan: Show Gallery, İçərişəhər (Tarixin musiqi ilə qovuşduğu nöqtə)
📅 Tarix: 29 iyun
🕗 Saat: 20:00
"Kino həyatın özüdürsə, musiqi onun döyünən ürəyidir." Bu sirli gecədə ürəyimizin eyni ritmlə döyünməsi üçün sizə də bir yer ayırdıq.
